Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu ABŞ-ın xarici işlər naziri Con Kerrinin dəvəti ilə bu gün Fransaya gedir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Parisdə keçiriləcək görüşdə nazir rəsmi Ankaranın Suriya razılaşması ilə bağlı narazılığını bildirəcək. Görüşdə Davudoğlu və Kerri kimyəvi silahların məhvi haqqında atılacaq addımları müzakirə edəcəklər.
Bundan əlavə, Davudoğlu Parisdə kimyəvi silahların beynəlxalq araşdırmaya göndərilməsini müsbət hadisə kimi dəyərləndirəcək.O, kimyəvi silahla törədilən cinayətlərdən başqa digər cinayətlərin müzakirəyə çıxarılmadığını və bunun Suriyada axan qanları dayandırmağa qadir olmadığını bildirəcək.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri ötən həftə kimyəvi silahların beynəlxalq yoxlamaya təqdim olunması təklifindən Türkiyənin razı qalmayacağını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB