ABŞ-da 172 nəfər itkin düşdü

ABŞ-ın Kolorado ştatında baş verən daşqın nəticəsində 4 nəfər ölüb, 172 nəfər itkin düşüb. SİA-nın "Reuters"ə istinadən məlumatına görə, ştatın şimalındakı Boulder şəhəri təbii fəlakətdən daha çox ziyan çəkib. İtkin düşənlərin axtarışı üçün hərbçilər və aviasiya da cəlb olunub.

Hakimiyyət orqanları Boulder şəhəri sakinlərinin təxliyyəsini həyata keçirir. Hərbçilər evləri bir-biri gəzərək əşyaların hərbi avtomobillərə yüklənməsinə kömək edir. Evini su basmış bir çox sakin helikopterlərlə xilas olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə