Rusiyanın Novqorod vilayətində yerləşən internatda yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yanğın vilayətin Luka kəndində psixonevroloji internatda baş verib.
Jurnalistlərə açıqlama verən Rusiya FHN-in İnformasiya İdarəsinin rəisi Oleq Voronov bildirib ki, yanğın zamanı internatda 60-dək insan olub. Onlardan 37-i haqqında heç bir məlumat yoxdur: "Lakin bu o demək deyil ki, onlar ölüb. Ola bilsin ki, onlar özləri yanan binanı tərk ediblər".
O qeyd edib ki, hadisə yerində yanğının söndürülməsi davam edir və yanğının söndürülməsinə 30 ədəd texnika, 150 nəfərdən ibarət canlı qüvvə cəlb olunub.
Qeyd edək ki, hadisə nəticəsində müalicə korpusu tamamilə yanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB