Obama: Əsəd kimyəvi silahları təhvil versə...

Obama: Əsəd kimyəvi silahları təhvil versə...

Əgər Suriya prezidenti Bəşər Əsəd kimyəvi silahları təhvil versə, hərbi zərbə mütləq dəqiqliklə qeyri-müəyyən zamana qədər təxirə salına bilər. Bunu ABŞ prezidenti Barak Obama ABC televiziyasına müsahibəsində deyib.

Obama Fox News-a müsahibəsində isə deyib ki, ABŞ Suriya probleminin qeyr-hərbi yolla həllini arzulayır: "Biz diplomatik yolla gedəcəyik. Mən səmimi olaraq, deyirəm ki, bu problem siyasi vasitələrlər həll edilə bilərdi".

Obama, eyni zamanda, ABŞ-ın Suriyaya hərbi zərbələr endirməsi üçün qətnamənin konqresdə təsdiqlənməsinə də çalışacağını dilə gətirib: "Düşünürəm ki, biz bütün əyləcləri buraxmamalıyıq. Onlar başa düşməlidirlər ki, biz sözləri havaya buraxmırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə