İçki mağazasına edilən basqın nəticəsində 11 nəfər ölüb

İçki mağazasına edilən basqın nəticəsində 11 nəfər ölüb

Qvatemalada mağazalara edilən silahlı basqın nəticəsində 11 nəfərin öldürüldüyü bildirilir. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, içki mağazasına edilən silahlı basqın nəticəsində 15 nəfər də yaralanıb. Bəzi məlumatlarda yaralıların sayının 29 nəfər olduğu bildirilir. Hadisə ilə bağlı istintaq başladılıb. Araşdırmalar aparılır.

Qeyd edək ki, ölkə rəsmiləri son vaxtlar ölkədə artan silahlı toqquşmaların əsas səbəbini narkotik ticarət və insan alveri ilə əlaqələndirirlər

Xatırladaq ki, son bir ildə Latın Amerikası regionunda silahlı qruplaşmalar tərəfindən 6000-dən çox adam öldürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə