Rusiya vətəndaşlarının təxliyyəsi üçün Suriyaya təyyarə göndərib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın Fövqəladə Hallar Nazirliyinin rəsmi nümayəndəsi İrina Rossiusinin sözlərinə görə, bu gün səhər "İl-76" markalı təyyarə Latakiyaya uçub: "Təyyarə Suriyanı tərk etmək istəyən Rusiya və bəzi MDB dövlətlərinin vətəndaşlarını götürəcək".
Məlumata görə, təyyarənin göyərtəsində sərnişinlərə kömək etmək üçün Federasiyanın FHN-nin operativ əməliyyat qrupu və psixoloqları olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB