Obama: "Əminəm ki, Putin fikrini dəyişəcək"

Obama: "Əminəm ki, Putin fikrini dəyişəcək"

ABŞ prezidenti Barak Obama G20 zirvə toplantısının ardınca təşkil etdiyi mətbuat konfransında Rusiyanı qıcıqlandıracaq iddialarla çıxış edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Obama BMT-nin hazırladığı hesabatın açıqlanmasından sonra Rusiya lideri Putinin də Suriyadakı kimyəvi silah hücumuyla əlaqədar fikirlərinin dəyişəcəyini iddia edib.

ABŞ Konqresindən "xeyr" cavabı alacağı təqdirdə Obama Suriyaya müdaxilə edib-etməyəcəyilə bağlı sualı belə cavablandırıb: "Birincisi, hər bir lider Suriyada kimyəvi silahdan istifadə olunduğunu deyib. İkincisi də kimyəvi silahlardan istifadənin qadağan olunması barədə razılaşmamız var. Əksəriyyət kimyəvi silahdan istifadə nəticəsində 1300 nəfərin ölümündə Əsədin məsul şəxs olduğunu qəbul edib. Təkcə Putin bu məsələdə müxalif mövqedədir. Amma əminəm ki, yaxın zamanda o da fikrini dəyişəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə