Ermənistan Gömrük İttifaqını seçərsə, Avropa İttifaqı ilə müqavilə bağlaya bilməyəcək
Avropa İttifaqı Nazirlər Şurasında sədrlik edən Litva bildirib ki, əgər Ermənistan Rusiyanın yaratdığı Gömrük İttifaqına qoşularsa, o, Avropa İttifaqı ilə azad ticarət haqqında müqavilə imzalaya bilməyəcək.
Litvanın xarici işlər naziri Linas Linkyaviçyus Ermənistan prezidentinin bəyanatını BNS agentliyinə şərh edərkən deyib: "onların seçimi belə olarsa, deməli, Avropa İttifaqı ilə azad ticarət haqqında müqavilə imzalamayacaqlar. Bu halda vəziyyət dəyişir, Avropa İttifaqına inteqrasiya və onunla əməkdaşlıq iddialarının səviyyəsi aşağı düşür".
Nazir deyib: "Biz ölkənin istənilən seçiminə hörmətlə yanaşırıq, lakin ölkələr tarif tələbləri müxtəlif olan iki müqavilənin ikisini də imzalaya bilməzlər".
Bundan əvvəl gözlənilirdi ki, Ermənistanın Şərq tərəfdaşlığının noyabrda Vilnüsdə keçiriləcək sammitində Avropa İttifaqı ilə assosiativ üzvlük və azad ticarət haqqında müqaviləni paraflayacaq.
Ermənistan prezidenti Serj Sarkisyan Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşündən sonra Gömrük İttifaqına daxil olmaq qərarına gəldiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB