Fransanın kəşfiyyat xidməti DGSE-nin hazırladığı 4 səhifəlik hesabatda Əsəd rejiminin 1000 ton kimyəvi silaha sahib olduğu göstərilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, DGSE bildirib ki, təşkilat məhz Əsəd ordusunun avqustun 21-də Suriyanın paytaxtı Dəməşqə kimyəvi silaha hücum etməsi barədə sübutlara malikdir. Məlumata əsasən, 1000 tonluq kimyəvi silahın yerləşdirildiyi ərazinin xəritəsi də təşkilatın əlindədir.
Qeyd edək ki, Obamanın "Suriyaya müdaxilə layihəsi" ilə bağlı Konqresə müraciətindən sonra ötən gün rəsmi Paris Suriyaya tək başına müdaxilə edə bilməyəcəyini bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB