Misirdə Konstitusiya Assambleyası çağırılır

Misirdə Konstitusiya Assambleyası çağırılır

Misirdə islamçılar tərəfindən qəbul edilmiş konstitusiya normalarının ləğvi üçün Konstitusiya Assambleyası çağırılır. Misirin yeni hökumətinin çağırdığı Konstitusiya Assambleyası 60 gün ərzində islamçılar tərəfindən qəbul edilmiş konstitusiya normalarının ləğvi üçün konstitusiya dəyişikliyi hazırlamalıdır.

Konstitusiya dəyişikliyi yeni hökumətin təqdim etdiyi "yol xəritəsi"nin tərkib hissəsidir.

Qeyd edək ki, Konstitusiya dəyişikliyindən sonra Misirdə parlament və prezident seçkiləri keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə