ABŞ Senatı Suriya ilə bağlı qətnamə layihəsinə dəyişikliklər edəcək
Amerikalı senatorlar Ağ Evin təklif etdiyi Suriya rejiminə qarşı hərbi əməliyyatın keçirilməsini dəstəkləyən qətnamə layihəsinə dəyişiklik etmək niyyətindədir. RİA Novostinin məlumatına görə, bunu demokrat senator Patrik Lixi jurnalistlərə müsahibəsində deyib.
"Sənədin senatda işlənilməsi planlaşdırılır" – deyə məlumatda bildirir.
Onun sözlərinə görə, administrasiyanın təklifində konkretlilik çatışmır. Senator deyib ki, sənədin qəbul edilməsi üçün o dəqiq hazırlanmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB