Qahirədə toplaşmış Ərəb Dövlətləri Liqasının XİN rəhbərləri Suriyaya hərbi müdaxilə məsələsilə bağlı hansısa sənəd üzərində işləmir.
"Görüşlər çərçivəsində Suriyaya hücumla bağlı ABŞ-a mandat verəcək sənəd hazırlanmır. Lakin XİN rəhbərləri BMT TŞ-ni Suriya rejimi tərəfindən törədilmiş cinayətlərə qarşı sərt addımlar atmağa çağırır" - deyə məlumatda bildirilir.
Xəbərdə deyilir ki, Suriyaya hərbi müdaxiləyə qarşı Misir və İraq çıxır, onları ƏDL-in baş katibi Nabil əl-Ərəbi dəstəkləyir. Səudiyyə Ərəbistanı və Qətər isə sərt addımların atılmasına çağırışlar edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB