Fransa İngiltərənin cavabını verdi

Fransa İngiltərənin cavabını verdi

Fransa prezidenti Fransua Olland Suriyaya xarici dövlətlərin müdaxilə etməsini dəstəkləyib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkə prezidenti Suriyaya İngiltərəsiz də müdaxilə ediləcəyini deyib: "İngiltərə parlamentinin Əsəd rejiminə qarşı xarici dövlətlərin, eləcə də İngiltərənin Suriyaya müdaxiləsinin əleyhinə səs versə də, biz bu addımdan geri çəkilməyəcəyik. Hesab edirəm ki, artıq bu rejimə "dayan" deməyin vaxtıdır".

Holland onu da deyib ki, İngiltərə parlamentinin bu qərarı müdaxiləyə hazırlaşan dövlətlərin qərarına təsir etməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə