Suriyaya edilən hərbi müdaxilədən sonra Əsəd rejiminin onlara cavab olaraq hücum etməsindən qorxan İsrail rəhbərliyi, bütün raket müdafiə etmə sistemlərini hərəkətə gətirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İsrailin əlində qısa mənzilli raketlər üçün "Dəmir Qübbə" sistemi, orta mənzillər üçün Patriot və uzun mənzillər üçün Arrow II mərmiləri var.
Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahu, dünənki çıxışında Suriya böhranının xaricində qalmaq istədiklərini, lakin hər hansı bir hücumun baş verəcəyi tədqirdə, ona eynilə qarşılıq verəcəklərini də qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB