Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu rəsmi görüş keçirmək məqsədi ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Davudoğlunu Ciddə şəhərinin Beynəlxalq Hava Limanında Türkiyənin ər-Riyaddakı səfiri Əhməd Muxtar Gün, Ciddədə baş konsul Fikrət Özer və Səudiyyə Ərəbistanın rəsmi dövlət nümayəndələri qarşılayıb.
Türkiyənin xarici İşlər nazirinin səhər saatlarında səudiyyəli həmkarı Şahzadə Səud əl-Faysal ilə bir araya gələcəyi deyilir. Qeyd edək ki, görüşdə başda Suriya və Misir olmaqla ikitərəfli əlaqələr, regional problemlər müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB