Səudiyyə Ərəbistanı: "Suriya ərəb "şəxsiyyətini" itirib"

Səudiyyə Ərəbistanı: "Suriya ərəb "şəxsiyyətini" itirib"

Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Səud əl-Faysal, Suriya rejiminin ərəb "şəxsiyyətini" itirdiyini söyləyib. SİA-nın xarici mətbuata istinadən veridyi xəbərə görə, Ciddə şəhərində təşkil edilən Səudiyyə Ərəbistanı- Mərakeş Əməkdaşlıq Ortaq Komitəsinin 12-ci yığıncağında çıxış edən Faysal Suriya rejiminin ərəb şəxsiyyətini itirməklə yanaşı, eyni zamanda ərəb milliyyətçiliyinin qalası olan Suriya mədəniyyətinə bağlılığını da itirdiyini deyib: "Əsəd rejimi ərəb ölkələrinin böhranın həll edilməsi üçün sərf etdiyi səmimi və ciddi səyləri tamamilə heçə sayır. Bu rejim beynəlxalq cəhdləri rədd etməklə, düşdüyü bataqlıqda irəliləməyə davam edir. Bu kimi hərəktətlərlə o, xalqına istiqamətli qırğınlar səbəbiylə ölkədə yaşanan hadisələrin tək məsulu halına gəlib".

Faysal eyni zamanda dünya ölkələrindən kimyəvi silahdan istifadə olunması ilə bitən qırğına sərt reaksiya göstərməsini tələb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə