Suriyaya qarşı əməliyyat məhdudlaşdırılmış olmalıdır

Suriyaya qarşı əməliyyat məhdudlaşdırılmış olmalıdır

Böyük Britaniyanın baş naziri Devid Kemeron hesab edir ki, Suriyaya qarşı əməliyyat məhdudlaşdırılmış olmalıdır. Bu barədə SİA məlumat verib.

"Bu hərbi əməliyyat o demək deyil ki, Böyük Britaniya Yaxın Şərqlə müharibəyə başlayır və ya Suriya münaqişəsində ilişib qalacaq. Söhbət kimyəvi silahdan gedir. Ondan istifadə qeyri-qanunidir və beynəlxalq ictimaiyyət buna göz yummamalıdır" - deyə Kemeron bildirib.

O, əlavə edib ki, Suriyaya hərbi müdaxilə ilə bağlı qəti qərar verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə