Əsəd ordusuna aid döyüş təyyarəsi Hələbdə Urum Kəbir bölgəsinə fosfor mərmiləri yağdırıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, 50 nəfər yaralanıb.
Suriya Ümumi İnqilab Şurası (SRGC) hadisə ilə bağlı rəsmi açıqlamasında bildirib ki, partlayıcılar əsasən bölgədəki mədrəsələrə atılıb. Hücumda fosfor mərmilərindən istifadə olunduğunu bildirən təşkilat hadisə nəticəsində ölənlərin bədənlərinin şişdiyini deyib.
Qeyd edək ki, yaralılar dərhal səhra xəstəxanalarına yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağır olduğundan ölü sayının artacağı istisna olunmayıb.
Eyni zamanda bu gün səhər saatlarında Suriyada rejimin müxaliflərə qarşı ağır silahlardan təşkil etdiyi hücumlarda 133 nəfər ölüb. Suriya İnsan Haqqları Təşkilatı (SNHR) açıqlamasında əməliyyatlar nəticəsində İdlibdə 54, Hələbdə 38, paytaxt Dəməşqdə 23, Humusda 8, Həmada 7, Derada 2 və Lazkiyədə 1 nəfər olmaqla 133 müxalifətçinin həyatını itirdiyini qeyd edib.
Ölənlər arasında onlarla qadınların və uşaqların olduğunu bildirən təşkilat əməliyyatlar əsnasında çox sayda insanın yaralandığını deyib.
Suriya Ümumi İnqilab Şurası isə ordunun İdlibin Yerixo qəsəbəsini "TNT" partlayıcıları ilə vurduğunu deyib. Hadisə nəticəsində hələ ki, ölənlər və yaralananlar barədə məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB