Rusiya ilə ABŞ-ın xarici işlər nazirləri Sergey Lavrov və Con Kerri arasında telefon danışığı olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, danışığın əsas mövzusu Suriyaya qarşı hərbi müdaxilənin qarşısının alınması üçün çıxış yolunun tapılması olub. Əks təqdirdə bu, Yaxın Şərq üçün son dərəcə təhlükəli nəticə verəcək.
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsindəki yazılı açıqlamaya görə, Lavrov ilə Con Kerri telefon danışığında Suriyadakı kimyəvi silah hücumunun törətdiyi fəsadlar pislənilib.
Rusiyanın XİN rəhbəri ABŞ-ın təxribatlara baş qoşmamasını deyərək, Suriyada olan BMT mütəxəssislərinə hadisə ilə bağlı daha obyektiv və ətraflı araşdırma aparması üçün lazım olan şəraitin yaradılmasının vacibliyini qeyd edib. Kerri də öz növbəsində Lavrovun dediklərini lazımi səviyyədə dəyərləndirəcəyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB