300 hərbiçi zəhərlənib

Türkiyədə 300 hərbiçi qida zəhərlənməsi diaqnozu ilə xəstəxanalara yerləşdirilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Manisa şəhərində hərbiçilərdə axşam yeməyindən sonra ürək bulantısı, qusma və yüksək hərarət halları baş verib. İlkin məlumatlara görə, zəhərlənən əsgərlərin sayının artacağı istisna edilmir.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə