Baş nazir Rəcəb Tayyib Ərdoğan, Misirdə həyatını itirən Əsmaya atası tərəfindən yazılan məktubun oxunması zamanı göz yaşlarına hakim ola bilməyib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə baş nazirin Türkiyənin Ülkə TV kanalına müsahibəsi zamanı baş verib. Belə ki, o, yayım zamanı, Müsəlman Qardaşlar liderlərindən olan Məhəmməd əl-Biltecinin Misirdə baş verən hadisələr səbəbindən ölən qızı Esmaya yazdığı vida məktubunu dinləyib. Məktubdan son dərəcə duyğulanan Ərdoğan, Əsmanın timsalında fikrində öz uşaqlarını canlandırdığını, bunun bir ata üçün dözülməz acı olduğunu dilə gətirib. "Məhəmməd əl-Biltecinin qızına cənazə namazını oxutdura bilməməsi məni daha çox sarsıtdı. Atanın məktubda qızına ölümdən sonrakı həyatı incəlikləri ilə anlatması, Əsmanın həyatı doymadan yaşaya bilməməsi ürək dağlayan səhnədir. Mən bu sözləri bir baş nazir kimi deyil, sıravi bir vətəndaş, Tayyib olaraq ifadə edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB