İraqda hərbi hissədə baş verən partlayış nəticəsində 14 nəfər həlak olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bağdaddan 100 kilometr qərbdə Ramadidə terrorçu bomba yüklü avtomobillə hərbi hissəyə daxil olub və özünü partladıb. Hadisədə həlak olanların çoxu hərbçilər olub.
Terror hadisəsilə bağlı məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB