BMT missiyasının rəhbəri Suriya hakimiyyəti ilə kimyəvi silahın tətbiq edilməsi barədə məlumatları müzakirə edib

BMT missiyasının rəhbəri Suriya hakimiyyəti ilə kimyəvi silahın tətbiq edilməsi barədə məlumatları müzakirə edib

BMT missiyasının kimyəvi silah üzrə rəhbəri Suriya hakimiyyəti ilə müxalifətin son məlumatları da daxil olmaqla, zəhərləyici maddələrin tətbiqi haqqında məlumatların araşdırılması üçün Dəməşq ilə bağlı hadisəni müzakirə edib. Bu barədə çərşənbə günü brifinqdə ümumdünya təşkilatının rəsmi nümayəndəsinin müavini Eduardo del-Buey məlumat verib.

Bir sıra KİV-lər çərşənbə günü hüquq müdafiəçilərinə istinadən suriya hökumət qüvvələri Dəməşq ətrafında kimyəvi silahın geniş tətbiqi barədə məlumat verib. İlkin məlumatlara görə, hücum qurbanlarının sayı artıq 600 nəfəri keçib.

Suriyanın milli müxalifət koalisiyası bildirir ki, ölənlərin sayı 1.3 min nəfərə çata bilər. Hakimiyyət və Suriyanın hərbi komandanlığı öz növbəsində, bu məlumatı inkar edir.

"BMT-nin kimyəvi silah üzrə missiyası Suriyada mövcud vəziyyəti diqqətlə izləyir və mandatına uyğun olaraq, tam araşdırılması ilə məşğuldur. BMT missiyasının rəhbəri Oke Selstrom Suriya hakimiyyəti ilə kimyəvi silahın nəzərdə tutulduğu tətbiq edilməsi barədə və mətbuatda ən son hadisə barədə xəbər daxil olmaqla müzakirələr aparır," - del-Buey bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə