Çin-Keniya müqaviləsi imzalanıb

Çin-Keniya müqaviləsi imzalanıb

Çin və Keniya hökumətləri arasında ümumi dəyəri 5 milyard ABŞ dolları təşkil edən müqavilə bağlanıb. Bu barədə SİA İnterfaks agentliyinə istinadən xəbər verir. Müqavilənin şərtlərinə əsasən Çin mütəxəssisləri dəmiryol tikintisi və ölkənin enerji sektorunun inkişafı ilə bağlı layihələrin həyata keçirilməsində iştirak edəcək. Çəkiləcək dəmiryol xətti Keniyanın qərbində yerləşən Mombasa limanı ilə Malaba şəhərini birləşdirəcək. Xətt istifadəyə verildikdən sonra qonşu Uqandadan Hind okeanı sahillərində yerləşən ölkələrə yüklərin daşınması daha tez və ucuz başa gələcək.

İki ölkə arasında bağlanmış digər razılaşmaya əsasən Çin hökuməti Keniyada təbiətin mühafizəsi proqramının maliyələşməsi məsələsini də öz üzərinə götürəcək. Keniyanın hakimiyyət orqanları Çinin maliyyə yardımı ilə ölkə ərazisində fil və kərgədanların qanunsuz ovlanmasının qarşısının alına biləcəyini bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə