Misirdə 11 terrorçu həbs olunub

Misirdə 11 terrorçu həbs olunub

Bu gün Misirin xüsusi xidmət orqanları Sinay yarımadasında 11 nəfər terrorçunu həbs edib. SİA-nın İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçular avqustun 15-də "Rəfah" nəzarət-keçid məntəqəsi yaxınlığında 25 nəfər polis işçisinin öldürülməsində şübhəli bilinirlər. Onların arasında 2 nəfər fələstinlinin olduğu bildirilir.

Polis işçiləri avqustun 15-də Qəzza sektoruna yaxın ərazidə "Rəfah" nəzarət-buraxılış məntəqəsinə qayıdarkən onlara məxsus 2 ədəd mikroavtobus raket zərbələrinə məruz qalıb. Nəticədə 25 nəfər ölüb, 3 polis işçisi yaralanıb.

Son vaxtlar terrorçular tərəfindən Sinay yarımadasında təhlükəsizlik qüvvələrinə qarşı terror aktları getdikcə genişlənir. Ona görə yarımada ərazisində terrorçu qüvvələrin dayaqlarının ləğv edilməsi üçün "Səhrada tufan" əməliyyatı həyata keçirilir. Hərbiçilərə və polislərə hərbi-hava və hərbi-dəniz qüvvələri köməklik göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə