Körfəz ölkələrindən Misirə 12 milyard dollarlıq yardım

Körfəz ölkələrindən Misirə 12 milyard dollarlıq yardım

Yay aylarında enerji böhranı yaşayan Misiri təbii qazla təhciz edəcəyinə dair söz verən Qatar 2 avqustda göndərdiyi ilk qaz tankerinin ardınca ikinci tankeri də yola salıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, iyun ayında Qatar hökuməti enerji çatışmazlığı yaşayan Misirə yardım edəcəyini bildirdikdən sonra yardım çərçivəsində cəmi 5 tankerlik təbii qaz göndəriləcəyinə qeyd edib. Məlumata əsasən daşınma sentyabrın sonuna qədər yekunlaşacaq: "Mayeləşdirilmiş təbii qazı daşıyan ilk tanker 2 avqustda Misirə göndərilib. İkinci tanker bu gün yola çıxıb, qalan 3 tanker isə gələn ayın sonuna kimi Misirə təhvil veriləcək.

Qeyd edək ki, İran körfəzi ölkələrindən Səudiyyə Ərəbistanı, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də Mursinin nəzarətə götürülməsinin ardınca ordu rəhbərliyinə 12 milyard dollarlıq yardım paketi göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə