Misirin müdafiə naziri və Baş Qərargah rəisi Abdulfəttah əs-Sisi, Səudiyyə Ərəbistanının vəliəhd Şahzadəsi Salman bin Əbdüləziz əs-Suuda zəng edərək, Misiri dəstəklədikləri üçün təşəkkür edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Sisi, Kral Abdullahın, Misir xalqına olan dəstəyini və Misirin təhlükəsizlik və sabitliyi üçün göstərdiyi səyləri də təqdirəlayiq hesab etdiyini ifadə edib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz, Misiri terrora qarşı mübarizədə dəstəklədiyini açıqlayaraq, sözügedən ölkənin daxili işlərinə qarışanlara qarşı birgə mübarizə aparacağını xüsusi vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB