ABŞ 8 yaşlı uşaqdan agent kimi istifadə edib

ABŞ 8 yaşlı uşaqdan agent kimi istifadə edib

ABŞ-ın Əl Qaidə liderini öldürmək üçün 8 yaşlı bir Yəmənli uşaqdan agent kimi istifadə etdiyi məlum olub. SİA-nın xarici mətbuata istinadən verditi xəbərə görə, sözügedən azyaşlı yoxsul atası tərəfindən övladlığa verilib. Onu övladlığa götürən şəxs öldürülməsi hədəfə alınan Əl-Qaidə lideri Adnan Əl Kadhi olub. Bark El Kuleybi adlı uşağın həmin şəxsə övladlığa verildiyini Yəmənli yerli mənbələrdən öyrənən ABŞ, azyaşlının bioloji atası Hafizallah Əl Kuleybe ilə müqavilə bağlayıb. ABŞ bioloji ataya mənzil, avtomobil və 230 dollar verərək qarşılığında oğlunun onlara xidmət göstərməsini istəyib. Əldə olunan razılığa əsasən azyaşlı ona verilən təqib cihazı "yeni atası" Kuleybenin paltarına yerləşdirməli olub. Ata oğlunu razı salaraq, bu əməliyyatı uğurla başa vurub.Belə ki, uşaq cihazı böyük ustalıqla "yeni atasının"paltarına yerləşdirməyi bacarıb.

Bu hadisədən bir neçə müddət sonra, ABŞ-ın 2012-ci ilin sonunda insansız hava vasitəsitələri ilə Kadhiyi öldürdüyü məlum oldu. Öldürülən Əl-Qaidə lideri Adnan Əl Kadhiyə övladlığa verilən 8 yaşlı uşağın aqibəti haqqında isə heç bir məlumat verilməyib. Bu haqqda geniş araşdırma aparan "The Atlantic" jurnalı ABŞ-ı əməliyyatda uşağı stismar edib, cinayyətə sürüklədiynə görə qınayıb. Lakin "The Atlantic" jurnalı tərəfindən aparılan araşdırma nəticəsində ortaya çıxan bu məlumatı ABŞ təkzib edib.

Qeyd edək ki, faktla bağlı hər iki tərəf arasında mübahisə və ittihamlar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə