Müsəlman diplomatlara sui-qəsd təşkil edən "ASALA" terror təşkilatının, "Hiyləgər Carlos" ləqəbli Venesuelalı terrorist Carlos İliç Ramirez Sançezin və "Nazı" hadisələrində iştirak edən məşhur Klaus Barbienin vəkilliyini etdiyinə görə "Şeytanın vəkili" ləqəbiylə tanınan Fransız hüquqşünas Jak Vergel vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 88 yaşlı Vergelin Fransanın paytaxtı Parisdəki evinin yataq otağında infarkt keçirməsi nəticəsində öldüyü açıqlanıb.
Qeyd edək ki, "Şeytanın vəkili" Taylandda fransız diplomat atanın və vyetnamlı ananın övladıdır. Müstəmləkəçilik əleyhdarı və kommunist olduğunu deyən Verges 1950-ci illərdə Fransaya qarşı terror aktı törətməkdə günahlandırılan cəzairliləri də müdafiə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB