Ekvador polisi əməliyyat keçirib

Ekvador polisi əməliyyat keçirib

Ekvador polisi keçirdiyi xüsusi əməliyyat nəticəsində Quayakil limanında 30 ton narkotik maddə (kokain) aşkar edib. SİA-nın məlumatına görə, 3 ədəd yük konteynerinə baxış keçirən polislər Əlcəzair və İspaniyaya göndərilən konserv bankalarının içərisində 300 paket kokainin olduğunu müəyyən edib.

Ölkənin narkotiklərlə mübarizə idarəsi günahkar şəxslərin müəyyən olunması məqsədilə araşdırmalar aparıldığı barədə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə