Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qahirədəki türk səfiri Hüseyn Avni Botsalını Ankaraya çağırıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb baş nazirin səfirlə məsləhət aparmaq istəməsidir. Bu barədə baş nazir Türkmənistandan qayıdarkən təyyarədə olan jurnalistlərə açıqlama verib.
Xarici işlər nazirliyi səfirin geri çağırılmasını belə şərh edib: "Misirdə son günlərdə baş verən hadisələrin analiz edilməsi üçün baş nazir, səfiri Ankaraya çağırmağı qərara alıb".
Nazirliyin yazılı açıqlamasında o da qeyd edilib ki, səfirin bu gün üçün Ankaraya gəlməsi nəzərdə tutulub. Türkiyə ilə yanaşı, Misir də Ankara səfirini Qahirəyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB