Prezident: "Partlayış İsrailin hücum üslubudur"

Prezident: "Partlayış İsrailin hücum üslubudur"

Livanın paytaxtı Beyrutda ötən gün baş verən partlayışda həlak olanlar üçün ölkədə matəm élan edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Livanın baş naziri Nəcib Mikati bu barədə açıqlama verib.

Ölkə prezidenti Mişel Süleyman isə yaşanan bədbəxt hadisəni "hücum" adlandırıb və bu dəhşətli hücumu qınadığını bildirib: "Hücum, Livanın sabitliyini pozmağa və müqavimətini sarsıtmağa hesablanıb. Partlayış terrorist qruplarının və İsrailin hücum üslubunun izlərini özündə əks etdirir".

Qeyd edək ki, baş verən partlayışda 21 nəfər ölüb, 200-dən çox yaralı var.

Bütün xəbərlər Facebook səhifəmizdə