Fransua Olland Misir rəhbərliyindən lazımi tədbirlər görməyi tələb edib
Devrilmiş prezident Məhəmməd Mürsi tərəfdarlarının avqustun 14-də Misirin təhlükəsizlik qüvvələri tərəfindən mitinqin dağıdılması zamanı 525 nəfərin həlak olması və minlərlə dinc insanın yaralanması beynəlxalq ictimaiyyətin, o cümlədən Fransanın ciddi narahatlığına səbəb olub.
Misirdə çoxsaylı insan tələfatına və ölkədə bir aylıq fövqəladə vəziyyət elan olunmasına münasibət bildirən Fransa Prezidenti Fransua Olland avqustun 15-də bəyanatla çıxış edib, Misir rəsmilərini vətəndaş müharibəsinə son qoymağa çağırıb. Fransa dövlətinin başçısı qanlı toqquşmaların və repressiyaların tezliklə dayandırılmasını, fövqəladə vəziyyətin dərhal aradan qaldırılmasını və insan hüquqlarına hörmətlə yanaşılmasını tələb edib.
Fransua Olland Misir rəhbərliyindən ölkədəki fransız vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlər görməyi də tələb edib.
Hazırda Misirdə 6294 Fransa vətəndaşı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB