Misirdə qarşıdurmalarda ölənlərin sayı 525-ə çatıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi Misir ordusu tərəfindən keçmiş prezident Məhəmməd Mursi tərəfdarlarının nümayişlərinin dağıdılması nəticəsində ölənlərin sayının 525 nəfərə çatdığını açıqlayıb.
Nazirliyin mətbuatında yaralıların sayının dəqiqləşdirilmədiyi bildirilib.
Qeyd edək ki, Misir ordusu dünən səhərdən ölkənin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarlarının etiraz nümayişlərini dağıtmağa başlayıb. "Müsəlman Qardaşları"nın məlumatına görə, Qahirənin Rabia Al-Adaviya meydanında keçirilən nümayişlərin dağıdılması zamanı indiyə qədər 1500-ə yaxın insan həyatını itirib, minlərlə insan isə yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB