Bağdadda partlayış: 22 ölü, 84 yaralı

Bağdadda partlayış: 22 ölü, 84 yaralı

İraqın paytaxtı Bağdadda fərqli məkanlarda meydana gələn partlayış nəticəsində 22 nəfərin öldüyü, 84 nəfərin isə yaralandığı deyilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Bağdadın şimal hissəsində yerləşən qarajın yaxınlığında bombalı avtomobil partlayıb. Partlayışdan qısa müddət sonra eyni ərazidə yol kənarına yerləşdirilən ikinci bir bombalı maşın da partladılıb.

Səhiyyə Nazirliyinin rəsmiləri hadisə ilə bağlı açıqlamalarında bildirib ki, ilkin ehtimallara görə hadisə nəticəsində 7 nəfər həlak olub, 20 insan isə yaralanıb. Hadisənin səbəbkarları hələlik məlum olmasa da ölü sayının artacağı istisna edilmir.

Digər hadisə isə Bağdadın şərqində qeydə alınıb. Belə ki, ölkənin Əl-Əhəd televiziya kanalını hədəf alan hücumda da ilkin ehtimallara görə 3 adamın həyatını itirdiyi, 9-nun isə yaralandığı deyilir.

Bağdadın cənub-qərbindəki Hay əl-Amil bölgəsində isə yola yerləşdirilən bombanın partlaması nəticəsində 7 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə