Qanlı gecə: 500 ölü

Ötən gecə Misirdə qanlı qarşıdurmalar davam edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Misirin Təhlükəsizlik Xidmətinin əməkdaşları iyul ayının əvvəllərindən etibarən prezident Məhəmməd Mursinin vəzifəsinə qaytarılması üçün paytaxt Qahirənin Rabiatül Ədəviyyə və Nahda meydanlarında mitinqlər keçirən nümayişçilərə qarşı gözyaşardıcı qazlardan istifadə edib. Nümayişçilərə müdaxilənin ardınca, təhlükəsizlik qüvvələri ilə Mursi tərəfdarları arasında qarşıdurma yaranıb.

Paytaxtda yaranan qarşıdurma qısa zamanda bütün ölkəni bürüyüb. Qahirədəki etirazçılar isə İskəndəriyyə, Asyut, Minyə və Halva şəhərlərinə tərəf sıxışdırılıb.

Meydanlara edilən hücumlarda Müsəlman Qardaşlarının məlumatına görə, 500 nəfər, Misir Səhiyyə Nazirliyinin verdiyi xəbərə görə isə 149 nəfər ölüb, 1000-dən çox yaralı var.

Qeyd edək ki, ölkədə 1 ay fövqəladə hal elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə