Yəməndə beynəlxalq terror təşkilatı "Əl-Qaidə" təşkilatının 70-ə yaxın üzvü ölkənin cənub-qərbində yerləşən Havtah şəhərinə hücum edib. Bu barədə Siasport İnterfaks agentliyinə istinadən xəbər verir. Silahlı terrorçular Lahc əyalətində yerləşən Havtah şəhərini ələ keçirməyə cəhd göstərirlər. Ordu qüvvələri ilə ekstremistlər arasında toqquşmalar davam edir. 3 əsgərin öldürüldüyü, 4-nün isə yaralandığı bildirilir.
Yəmən hökuməti rəsmisinin məlumatına görə, lazım gəldikdə Əl-Qaidə üzvlərinə qarşı pilotsuz təyyarələrdən də zərbələr endirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB