Fransada dəmir yolu nəqliyyatında daha bir yenilik

Fransada dəmir yolu nəqliyyatında daha bir yenilik

ABŞ-ın "VeriFone Systems" elektron ödənişlər xidməti provayderi Fransa sakinlərinin dəmir yoluna biletlər almağa imkan verən "PAYware Wynid" mobil ödəniş həllindən yararlana biləcəyini bəyan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni xidmətin sınaqları cari ilin aprelində start götürüb və o zaman mobil ödənişlərin qəbulu üçün min portativ qurğu quraşdırılıb. Bununla yanaşı, 3 ay ərzində bu qurğuların sayının 1200-ə çatdırılması planlaşdırılır. Ekspertlərin fikrincə, bu qurğular hər il 1,65 milyon ödəniş emal edəcək.

"PAYware Wynid" ödənişləri qatar bələdçilərinin mobil portativ qurğularının köməyi ilə qəbul etməyə imkan verən ödəniş xidmətidir. Bu xidmət vasitəsilə fransız bələdçilər "EMV" ödəniş çip kartlarını həm daxili, həm də beynəlxalq ödəniş üçün qəbul edə biləcəklər. Bundan başqa, "PAYware Wynid" təkcə biletləri satmağa deyil, həm də onları dəyişdirməyə, qəbz verməyə və qatar sərnişinlərinə informasiya xidmətləri göstərməyə imkan verəcək.

"VeriFone" şirkətinin nümayəndəsinin sözlərinə görə, şirkətin ödəniş şlüzü bütün növ elektron ödənişləri özündə birləşdirir və ödəniş üçün kontaktsız, mobil və internet-ödənişlər daxil olmaqla bütün forma ödəniş kartlarını qəbul edir.

Bütün xəbərlər Facebook səhifəmizdə