Avqustun 12-də Yaponiyanın qərbində havanın temperaturu 41 dərəcə selsiyə çatıb ki, bu da gündoğar ölkədə rekord göstərici sayılır.
Yaponiya Meteoroloji Xidmətinin yaydığı məlumatda bildirilir ki, parlaq günəş Koti prefekturasının Simanto şəhərində termometrlərin civə sütununu rekord səviyyəyə qaldırıb. Artıq üç gündür ki, bu şəhərdə havanın temperaturu gündüz vaxtı 40 dərəcə həddini keçir.
Yaponiyanın bir çox rayonlarında anomal istilər davam etməkdədir. Havanın bundan əvvəlki rekord səviyyəsi – 40,9 dərəcə - Tokionun yaxınlığında yerləşən Kumaqaya və Yaponiyanın mərkəzi hissəsindəki Tacimi şəhərlərində altı il əvvəl qeydə alınmışdı.
NHK televiziya kanalının verdiyi məlumata əsasən, avqustun 12-də 851 nəfər xəstəxanalara yerləşdirilib, dörd nəfər vəfat edib, bir nəfər isə hələ də huşsuz vəziyyətdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB