Almaniyanın internet xidmətlərin göstərilməsi üzrə aparıcı şirkətləri "Deutsche Telekom T-Online", "United Internet's GMX" və "WEB.DE" istifadəçilərin elektron poçtunu şifrləyəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə "Deutsche Telekom" şirkətinin baş direktoru Rene Obermann açıqlama verib.
Qeyd edilən servislərin xidmətlərindən Almaniya vətəndaşlarının 2/3 hissəsi istifadə edir. Xidmət ilk növbədə ABŞ və xarici xüsusi xidmət orqanları tərəfindən istifadəçilərin şəxsi yazışmasına qlobal nəzarətlə bağlı fəaliyyətini təcrid etmək məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB