Suriyadakı qarşıdurmalarda ölənlərin sayı 119 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Dəməşqin Mühacirin qəsəbəsində şiddətli partlayış törədilib. Partlayış sonrası Qəsəbənin yolları bağlanılıb. Hadisənin qurbanları barədə dəqiq məlumat verilməyib.
Qarşıdurma Hələbdə də davam edib. Hökumət ordusu Hələbin Xanul-əsəl, İndan, Mayir, əl-Vədihi, Təll-hasil və Təll-ərn qəsəbə və rayonlarında silahlıların mövqelərini hədəfə alıb.
Suriya İnsan hüquqları agentliyinin məlumatına əsasən, son günün qarşıdurmalarında 119 nəfər ölüb ki onların əksəriyyəti paytaxt və Dəməşqətrafı əyalətə aid edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB