Fransa Yəməndəki səfirliyini bir neçə günlüyə bağladı

Fransa Yəməndəki səfirliyini bir neçə günlüyə bağladı

Fransa təhlükəsizlik tədbirləri ilə əlaqədar Yəmənin paytaxtı Saanadakı səfirliyini avqustun 4-dən etibarən bir neçə günlüyə bağlamağı qərara alıb. Bu barədə ölkənin prezidenti Fransua Olland jurnalistlərlə keçirdiyi görüşündə məlumat verib.

Fransua Olland Yəməndə bir çox ölkənin səfirliyinə qarşı terror aktı təhlükəsinin gözlənildiyini bildirib, oradakı fransız vətəndaşlarını daha sayıq olmağa çağırıb.

Fransa bu addımı Amerika Birləşmiş Ştatlarının (ABŞ) xaricdə yaşayan amerikalıları "Əl-Qayidə" terror təşkilatının avqust ayında Yəməndə, habelə Yaxın Şərqdə və Şimali Afrikada terror törətmək təhlükəsi barədə xəbərdarlığından sonra atıb.

Xatırladaq ki, Fransa, ABŞ, Böyük Britaniya və Almaniyadan sonra öz səfirliyini Yəməndə bağlayan dördüncü ölkədir.

Bütün xəbərlər Facebook səhifəmizdə