İranda Mahmud Әhmәdinәjad dövrü sona çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Yeni dövlәt başçısı Hәsәn Ruhani bu gün baş tutacaq and içmә mәrasimindin sonra vәzifәyә rәsmi olaraq vәzifәyә başlayacaq.
Prezident Hәsәn Ruhanı verdiyi ilk açıqlamada, tәzyiqçi mәhdudiyyәtlәrә son qoyacağı haqda söz verib.
Hәsәn Ruhani üçün bugün mәclisdә xarici liderlәrin dә ilk dәfә dәvәt edildiklәri and içmә mərasimi keçirilәcәk.
Mərasimdə 52 ölkə, BMT və bəzi beynəlxalq təşkilatlardan 55 fəxri qonaq iştirak edəcək. Mərasimə 11 prezident, 8 vitse-prezident, 2 baş nazir, 3 baş nazir müavini, 11 xarici işlər naziri, 7 parlament spikeri və 12 nazir qatılacaq. Malayziyanın keçmiş baş naziri Mahatir Məhəmməd və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə sabiq ali nümayəndəsi Xavyer Solana da xüsusi qonaqlardandır. Azərbaycanı İran prezidentinin andiçmə mərasimində Milli Məclisin sədri Oqtay Əsədov, Türkiyәni isə xarici işlәr naziri Әhmәd Davudoğlu tәmsil edәcәk.
Xatırladaq ki, Hәsәn Ruhani, 14 İyunda keçirilәn seçkilәrdә 51 faiz sәs toplayaraq ilk mәrhәlәdә İranın 7-ci prezidenti seçilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB