Türkiyə Ali Hərbi Şurasının toplantısı başa çatıb

Türkiyə Ali Hərbi Şurasının toplantısı başa çatıb

Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə 3 gün davam edən Türkiyə Ali Hərbi Şurasının toplantısı başa çatıb. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, toplantının yekun qərarına əsasən quru və dəniz qüvvələri ilə Jandarma rəhbərliyi dəyişdirilib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəlin bu vəzifədə səlahiyyətləri 2015-ci ilədək uzadılıb.

Quru qoşunları komandirliyinə genelkurmay 2-ci rəhbəri Hulusi Akar gətirilib.

Jandarma baş komandirliyinə isə ordu generalı Sərvət Yörük təyin olunub. Mehmet Erten isə Şuranın əsas üzvü olaraq daha bir il ordu generalı rütbəsini daşıyacaq.Dəniz Qüvvələri komandirliyinə isə admiral Bülent Bostanoğlu gətirilib.Şurada 34 general və admiral daha bir yüksək rütbəyə, 50 polkovnik isə general və admiral rütbəsinə təyin edilib. Bəzi mübahisələrdə adları hallanan generalların hamısı təqaüdə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə