Papadan Ramazan mesajı!

Katoliklərin ruhani lideri Papa Francesco, Ramazanın sona yetməsi ilə əlaqədar, ilk dəfə müsəlmanlara təbrik mesajı ünvanlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o, təbrikində müsəlmanların dostu olduğunu dilə gətirib. Ötən illərdə Dinlər Arası Dialoq üçün Papalıq Şurası tərəfindən imzalanan təbrik mesajını, bu dəfə özü imzalayan papa Ramazanın oruca, ibadətə, sədəqə verməyə söykənən ay olduğunu qeyd edib: "Dünya müsəlmanları, bu ənənə halını almış təbriki şəxsən özüm imzalamaq və göndərmək istədim. Sevgili dostlarım, başda dini liderlər olmaqla, bütün müsəlmanlara hörmət və dostluğumu ifadə etmək istəyirəm".

Qeyd edək ki, Papa Francesco 1 milyard 200 milyon katolikin ruhani liderliyinə ötən ilin mart ayında seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə