Ermənistan Milli Statistika Komitəsi son 6 ayın rəsmi məlumatlarını açıqlayıb. SİA-nın məlumatına görə, demoqrafik vəziyyətə dair rəsmi məlumatlar acınacaqlı durumdan xəbər verir. Məlumatlara əsasən, ölkə ərazisini tərk edən əcnəbi vətəndaşlıq daşıyan ermənilərin sayı gündən-günə artır. Rəsmi statistikaya görə, Ermənistana üz tutan ABŞ vətəndaşı olan erməni əsillilərin sayı keçən il 14,700 olduğu halda, bu il bu rəqəm 9,500 olub. Eyni zamanda fransız vətəndaşlığı daşıyanların gəlişində də azalma müşahidə olunub. Belə ki, bu rəqəm ötən il 11,000 olsa da hal-hazırda 6,800-dür. Ermənistanla daha yaxın əməkdaşlıq edən Rusiyada yaşayan ermənilər vətənlərinə gəlmək istəməyərək, bu rəqəmi keçən ilə nəzərən 182,000-dən 146,000-ə salıblar. Ümumilikdə isə ilin birinci yarısında bu ölkəni 123 min insanın tərk etdiyi bildirilir. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz çoxluq təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB