Türkiyənin Qars şəhərinin Arpaçay rayonunda, Ermənistanla sərhədə yaxın ərazidə heyvanlarını otaran çobana erməni əsgərləri atəş açıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, açılan atəş nəticəsində sözügedən çoban həyatını itirib. Erməni gülləsinə tuş gələn çoban Mustafa Ülkerin sürüsünü ərazidən uzaqlaşdırmaq məqsədi ilə təmas xəttinə yaxınlaşdığı bildirilib.
Qeyd edək ki, Qars valisi Eyüp Tepe, hadisənin doğru olduğunu təsdiq edərək, çobanın cənazəsinin geri alınması üçün qarşı tərəfə müraciət edildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB