İngiltərənin paytaxtı Londonun şərqində yerləşən Walthamstow qəsəbəsində 12 yaşlı qıza 3 nəfərin təcavüz etməsi ölkəni sarsıdıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, istintaqı icra edən dedektif Simon Ellershaw hadisə ilə bağlı jurnalistlərə verdiyi açıqlamada gənc qızın vəhşicəsinə təcavüzə məruz qaldığını deyib: "Bu, 12 yaşlı müdafiəsiz qız uşağına qarşı edilmiş ən qorxunc hərəkətdir. Təcavüzkarlar uşağı gözdən uzaq bir yerə aparmaq üçün danışaraq onun fikrini yayındırıb, qəsəbənin dar küçələrinin birində ona təcavüz ediblər".
Polis dindirilməsində azyaşlı təcavüzkarları tanımadığı bildirib. Şəhər prokurorluğu isə təcavüzkarların tez bir zamanda həbs olunması üçün hadisə şahidlərinə müraciət edərək ifadə vermələrini istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB