Suriyada kimyəvi silah istifadə edildiyi iddialarının araşdırılması məqsədilə Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyası ən qısa müddətdə Suriyaya gedəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, BMT-nin Tərkisalahlaşdırma İşləri üzrə baş nümayəndəsi Angela Kane ötən həftə Suriyaya etmiş olduğu iki günlük səfərdən sonra razılaşma əldə olunduğu diqqətə çatdırıb.
BMT-nin Baş katibi Pan Gi Muna mövzu ilə əlaqədar məlumat verildiyini açıqlayan Nesirki, Suriyanın digər bölgələrdə kimyəvi silahdan istifadə etməsi barədə irəli sürülən iddiaların onlar üçün də əhəmiyyətli olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB