Yunanıstan Sahil Təhlükəsizlik Xidmətinin əməkdaşları Türkiyədə geniş miqyaslı terror təşkil etmək istəyən 4 nəfəri Saqqız Adası sahillərində şübhəli şəxsi qismində saxlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı təhlükəsizlik əməkdaşları axtarış nəticəsində iki ədəd tankvuran havan gülləsi, dörd ədəd əl bombası, iki ədəd tapança, 200-dən çox güllə və çoxlu patlamaya hazır bomba qurğusu tapıb. Nəzarətə götürülən 4 nəfərdən ikisinin türk, digər ikisinin isə Yunan vətəndaşları və DHKP-C terror təşkilatına üzv olduqları iddia edilir.
Nəzarətə götürülənlərdən və Afina yaxınlığında yerləşən Aspropirgos Dəniz Ticarət Məktəbinin tələbəsi olan 22 yaşlı Yunan gənc verdiyi ilk ifadəsində bottada silah olduğunu bilmədiyini və onu Türkiyəyə aparmaq üçün iki Türkiyə vətəndaşı ilə 500 avroya razılaşdığını deyib.
Qeyd edək ki, bottanı ələ keçirilən Türk vətəndaşlarının Türkiyədə daha əvvəl silahlı hərəkətlərdə iştirak etmələri təsbit edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB